Ana Sayfa > Səhiyyə > ÜST:

ÜST:


8-06-2020, 08:37. Yazar: sevinc1
ÜST:


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 136 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 7-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 136 409 nəfər yeni koronavirusa yoluxub, 4 586 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 6 799 713, ölənlərin isə 397 388 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 234 875 yoluxma və 179 394 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 268 311, ölənlərin sayı isə 183 732 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 623 684 yoluxma və 14 326 ölüm halı qeydə alınıb.

aia.az
Geri dön