Ana Sayfa > Siyasət / Manşet / Karusel > Prezident İlham Əliyev Macarıstanın baş naziri ilə görüşüb

Prezident İlham Əliyev Macarıstanın baş naziri ilə görüşüb


6-03-2016, 14:37. Yazar: admin
Prezident İlham Əliyev Macarıstanın baş naziri ilə görüşüb
Martın 6-da Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın baş naziri Viktor Orban ilə təkbətək görüşü olub.Aia. az AzərTAc-a istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orbanı və xanımı Aniko Levaini Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıb. Daha sonra Azərbaycan Prezidenti, Macarıstanın baş naziri və xanımları birgə foto çəkdiribər.

Bundan sonra Prezident İlham Əliyevin və baş nazir Viktor Orbanın təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub. İkitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Geri dön