Ana Sayfa > Parlament / Seçilənlər-3 / Aia TV / Karusel > Qadın oğru: Yoldaşımla bir aydan çoxdur küsülüyəm - VİDEO

Qadın oğru: Yoldaşımla bir aydan çoxdur küsülüyəm - VİDEO


5-03-2016, 15:10. Yazar: admin

“Kirayə ev axtarırdıq”.

Xəzər Rayon Polis idarəsinin əməkdaşları Yevlax rayon sakinləri İlhamə Bəbir qızı Olimadze və Turanə Akif qızı Əhmədovanı şübhəli şəxs qismində saxlayıb.

Aia.az Region TV-yə istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, bu şəxslər ayrı-ayrı vaxtlarda Qala qəsəbəsində vətəndaşlara məxsus mənzillərə daxil olaraq, ev sahiblərinin etibarından sui-istifadə etməklə oğurluq ediblər.

Saxlanılan İlhamə Olimadzenin sözlərinə görə, həmyerlisi ilə Bakıya gəlməkdə məqsədləri əkin işləri ilə məşğul olmaq olub:

“İstəyirdim ki, burada qalım, balalarımı başıma yığım. Ataları da türmədədir. İşləyib, balalarımı saxlayacaqdım. Allah eləməsin ki, səhv eləyim, başqa yola əl atım”.

26 yaşlı Turanə Əhmədova isə Yevlaxdan çıxıb şəhərə gəlməsinin səbəbini ikinci həyat yoldaşından küsməsi ilə əlaqələndirib:

“Yoldaşımla bir aydan çoxdur danışmıram, küsülüyəm. Ona görə gəlmişəm. Kirayə ev axtarırdıq”.

İstintaqla müəyyən edilib ki, bu şəxslər ötən ilin iyul ayında bir, bu ilin yanvar və fevral aylarında isə iki oğurluq faktlarında iştirak ediblər. Ümumilikdə vətəndaşlara 7 min manatdan yuxarı maddi ziyanın dəydiyi bildirilir.

Zərərçəkənlər Tamella Ələsgərli, Solmaz Xanməmmədova və Elçin Məmmədov üzləşmə zamanı saxlanılan şəxsləri tanıdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.


Geri dön