Ana Sayfa > Manşet / Gündəm > Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı

Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı


5-06-2020, 12:32. Yazar: sevinc1
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı


Bakıda polis əməkdaşları tibbi maskadan istifadə ilə bağlı reydlərə başlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən aia.az-a verilən məlumata görə, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə, eləcə də qapalı məkanlarda və ictimai nəqliyyatda​ reydlər keçirir, mütləq qaydada tibbi maskadan istifadəni tələb edirlər.

Tələblərə riayət etməyənlər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati cəza tədbirləri görülür.

aia.az
Geri dön