Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Neftçalada motosiklet iki piyadanı vurub

Neftçalada motosiklet iki piyadanı vurub


5-03-2016, 14:46. Yazar: admin
Neftçalada motosiklet iki piyadanı vurub
Neftçalanın Xolqaraqaşlı kəndində yol nəqliyyat hadisəsi baş verib. Aia.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, martın 4-də kənd sakini Murad Şahpələngov idarə etdiyi “MT-1” markalı motosikletlə yolu keçən həmkəndliləri Güldəstə Zeynalovanı və Yeganə Təhməzovanı vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib. Y. Təhməzova orada ölüb.

Faktla bağlı Neftçala RPŞ tərəfindən araşdırma aparılır.
Geri dön