Ana Sayfa > Parlament > Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü3-06-2020, 09:46. Yazar: sevinc1 |
Bakıda əməliyyat olunan azyaşlı xəstəxanada ölüb. Trend-in məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq E. Abdullayev ölüb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. Geri dön |