Ana Sayfa > Dünya > Pentaqon aksiyalar səbəbilə paytaxtın ətraf rayonlarına 1,6 min hərbçi göndərib

Pentaqon aksiyalar səbəbilə paytaxtın ətraf rayonlarına 1,6 min hərbçi göndərib


3-06-2020, 09:44. Yazar: sevinc1
Pentaqon aksiyalar səbəbilə paytaxtın ətraf rayonlarına 1,6 min hərbçi göndərib


Pentaqon afroamerikalı Corc Floydun Minneapolis şəhərində (Minnesota ştatı) ölümündən sonra başlayan etiraz aksiyaları ilə əlaqədar ölkənin paytaxtı Vaşinqtonun ətraf rayonlarına 1,6 min hərbçi göndərib.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman deyib.

Onun sözlərinə görə, hərbçilər Vaşinqtonun özündə deyil, şəhərin ətraf rayonlarında yerləşən hərbi bazalardadırlar.

C.Hoffman əlavə edib ki, hərbçilər yüksək hazırlıq vəziyyətinə gətirilib, lakin onlar hələki polislərə yardım etmirlər.

aia.az
Geri dön