Ana Sayfa > Karusel > Professor Isa Isayevə yüksək mükafat təqdim olunmuşdur

Professor Isa Isayevə yüksək mükafat təqdim olunmuşdur


2-06-2020, 19:59. Yazar: sevinc1
Professor Isa Isayevə yüksək mükafat təqdim olunmuşdur



Bu il aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkə səhiyyəsinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milli Onkologiya Mərkəzinin şüa terapiya şöbəsinin rəhbəri, Əməkdar Elm xadimi, tibb elmləri doktoru professor İsa Hüseyn oğlu İsayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilmişdir.

Mayın 31-də Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev yüksək mükafatı professor İsa İsayevə təqdim etmişdir. Akademik C.Əliyev İ.İsayevi yüksək dövlət mükafatına layiq görülməsi, eləcə də 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik etmiş və 2-ci dərəcəli "Əmək" ordenini professora təqdim etmişdir.

Professor İsa İsayev əməyinə verilən yüksək qiymət üçün dövlətimizin başçısı İlham Əliyevə, həmçinin Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevə öz razılığını və dərin minnətdarlığını bildirmişdir.




Geri dön