Ana Sayfa > İdman > Formula 1-in 2020-ci il mövsümünün ilk 8 mərhələsinin təqvimi açıqlanıb

Formula 1-in 2020-ci il mövsümünün ilk 8 mərhələsinin təqvimi açıqlanıb


2-06-2020, 16:30. Yazar: sevinc1
Formula 1-in 2020-ci il mövsümünün ilk 8 mərhələsinin təqvimi açıqlanıb


2020-ci il Formula 1 mövsümünün ilk səkkiz mərhələsinin təqvimi açıqlanıb.

Trend-in məlumatına görə, ilk yarış iyulun 5-də Avstriyada baş tutacaq.

Daha sonra Avstriyada ard-arda ikinci mərhələ keçiriləcək.

İyulun 19-da Macarıstan, avqustun 2-də və 9-da Böyük Britaniya, avqustun 16-da İspaniya, avqustun 30-da Belçika və sentyabrda İtaliya Qran priləri keçiriləcək.

Mövsümün digər mərhələləri, o cümlədən Azərbaycan Qran-prisinin tarixi yaxın vaxtlarda açıqlanacaq.

aia.az
Geri dön