Ana Sayfa > Karusel / Parlament > Bakının mərkəzində kişi benzin tökərək özünü yandırdı
Bakının mərkəzində kişi benzin tökərək özünü yandırdı2-06-2020, 15:44. Yazar: sevinc1 |
Bakının mərkəzində bir kişi özünə benzin tökərək od vurub. Bu barədəOxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə iyunun 1-dəsaat 16:00 radələrindəYasamal və Səbail rayonlarının sərhədində, Qədirli küçəsində yerləşən 3 nömrəli evin yaxınlığında baş verib. Belə ki, 1985-ci il təvəllüdlü paytaxt sakini Hüseyn Nuriyev intihara cəhd edib. O, 5 saylıKliniki Xəstəxananın Yanıq Mərkəzinəyerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. H.Nuriyevi intihara vadar edən səbəblər barədə hələlik məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |