Ana Sayfa > İqtisadiyyat > Bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil -

Bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil -


2-06-2020, 15:35. Yazar: sevinc1
Bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil -


Azərbaycanda bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, ötən il bir sıra dövlət müəssisələrində göstərilən xidmətlərin müəyyən mənada subsidiyalaşdırılması həyata keçirilib: “Bu, ilk növbədə "Bakı Metropoliteni" QSC-dir. Burada bildiyiniz kimi, gedişhaqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilir”.

Nazir qeyd edib ki, “Azəristiliktəchizat” ASC-də də həmin cəmiyyət üçün müəyyən edilən tariflər onun real istismar xərclərini ödəmədikdə faktiki olaraq dövlət tərəfindən bu şirkət subsidiyalaşdırılır: “Ötən il də müəyyən maliyyə yardımı göstərilib. Cari ildə də “Azəristiliktəchizat” ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil. Bunu da etiraf etmək lazımdır”.

aia.az
Geri dön