Ana Sayfa > Karusel / Gündəm > BŞBPİ:
BŞBPİ:1-06-2020, 18:00. Yazar: sevinc1 |
![]() Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Təhsil Nazirliyi qarşısında keçirilən qanunsuz aksiya barədə məlumat yayıb. İdarədən aia.az-a verilən məlumatda bildirilir ki, bu gün bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib: "Əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, onların ərazidən uzaqlaşdırılması təmin olunub. Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, 1 nəfər - aksiyanın təşkilatçısı barəsində toplanan materiallar isə rayon məhkəməsinə göndərilib". aia.az Geri dön |