Ana Sayfa > Karusel / Gündəm > Gülnarə Rəhimovanın polis idarəsində təzyiqə məruz qalması əsassızdır -

Gülnarə Rəhimovanın polis idarəsində təzyiqə məruz qalması əsassızdır -


1-06-2020, 13:22. Yazar: sevinc1
Gülnarə Rəhimovanın polis idarəsində təzyiqə məruz qalması əsassızdır -


“Gülnarə Rəhimovanın Nizami Rayon Polis İdarəsində təzyiqə məruz qalması ilə bağlı iddiaları əsassızdır, həqiqəti əks etdirmir”.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev KİV-in sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, G.Rəhimova barəsində olan şikayətlə əlaqədar polis idarəsinə dəvət olunaraq izahatı alınıb.

E.Hacıyev vurğulayıb ki, polis orqanına hansı səbəbdən dəvət olunması ilə bağlı G.Rəhimova tam məlumatlıdır:

“Onun iddiaları araşdırmanın istiqamətini dəyişdirmək üçün ictimai diqqəti üzərinə yönəltmə cəhdləridir. G.Rəhimovanın barəsində toplanılan materiallar rayon prokurorluğuna göndərilib”.

Qeyd edək ki, sosial şəbəkələrdə ictimai fəal G.Rəhimova Nizami Rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə məlumat yayıb.

aia.az
Geri dön