Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Ağır yol qəzası: ölən və yaralılar var

Ağır yol qəzası: ölən və yaralılar var


5-03-2016, 11:00. Yazar: admin
Ağır yol qəzası: ölən və yaralılar var


Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aia.az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında magistral yolun 448-ci kilometrliyində, Qazax rayon ərazisində qeydə alınıb. "VAZ - 2106" və "VAZ - 2107" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Geri dön