Ana Sayfa > Karusel / Ölkə > Daşkəsənə yağış yağıb, dolu düşüb

Daşkəsənə yağış yağıb, dolu düşüb


30-05-2020, 20:20. Yazar: sevinc1
Daşkəsənə yağış yağıb, dolu düşüb



Qərb bölgəsinə dolu düşüb.

Milli Hidrometeorologiya Xidmətindən AİA.Az-a verilən məlumata əsasən, saat 17:36-17:40 radələrində Daşkəsən rayonunda şimşək çaxıb, yağış yağıb, diametri 16 mm olan, saat 18:18-18:28 radələrində isə diametri 13 mm olan dolu düşüb.

Daşkəsən rayonunun Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli, Əmirvar, Kəmərli kəndlərinə də dolu yağıb.

AİA.Az
Geri dön