Ana Sayfa > Ölkə / Cəmiyyət > Sumqayıtda iki yük maşını toqquşdu - Sürücülər öldü + Fotolar

Sumqayıtda iki yük maşını toqquşdu - Sürücülər öldü + Fotolar


30-05-2020, 11:33. Yazar: sevinc1
Sumqayıtda iki yük maşını toqquşdu - Sürücülər öldü + Fotolar



Sumqayıt şəhərində hər iki sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib.

AİA.Az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, mayın 30-u gecə saatlarında Sumqayıt şəhərində “DAF” və “КамАЗ” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КамАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.






Geri dön