Ana Sayfa > Karusel / İdman > İngiltərə Premyer Liqasının bərpa tarixi açıqlandı - RƏSMİ

İngiltərə Premyer Liqasının bərpa tarixi açıqlandı - RƏSMİ


29-05-2020, 12:26. Yazar: sevinc1
İngiltərə Premyer Liqasının bərpa tarixi açıqlandı - RƏSMİ



Koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqasının bərpa tarixi müəyyənləşib.

AİA.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Premyer Liqanın iyunun 17-də yenidən davam etdiriləcəyi bildirilib.

Turnirin təxirə salınmış iki oyun - "Aston Villa" - "Şeffild Yunayted" və "Mançester Siti" - "Arsenal" matçları ilə bərpa olunacağı qeyd olunub. Bu oyunlar İngiltərə Liqa kubokuna görə 29-cu turdan təxirə salınmışdı.

30-cu turun oyunları isə iyunun 19-dan başlayaraq keçiriləcək. Qarşılaşmalar azarkeşsiz oynanılacaq

AİA.Az
Geri dön