Ana Sayfa > Karusel / Təhsil > BAU imtahanlarla bağlı bəzi nüansları açıqladı

BAU imtahanlarla bağlı bəzi nüansları açıqladı


28-05-2020, 11:35. Yazar: sevinc1
BAU imtahanlarla bağlı bəzi nüansları açıqladı



Təhsil Nazirliyinin imtahan sessiyasının mövcud vəziyyət nəzərə alınmaqla, tələbələrin xeyrinə başa çatdırılması ilə bağlı çağırış və tövsiyələrini nəzərə alaraq Bakı Avrasiya Universiteti də bəzi nüansları tələbələri ilə bölüşüb.

AİA.Az xəbər verir ki, bu barədə açıqlama verən universitetin mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli bəzi tələbələrin vəziyyətdən sui-istifadə etməsini də qınayıb.

“Biz hər hansı bir yeni imtahan formulu icad etməmişik ,nazirlik onlayn qaydada imtahanların keçirilməsi ilə bağlı çağırış edib, biz də bu prosesə qoşulmuşuq. Qaydaları açıqlamışıq. Bütün ixtisaslar üzrə suallar tələbələrə göndərilib. Dekanlar və aidiyyatı üzrə fakültə tyutorları hər gün onlarla əlaqədədirlər və lazımı tövsiyələrini verirlər. Güman edirəm ki, heç bir narazılığa səbəb olacaq məqamlara yol verilməyəcək. Onlayn dərslərdə iştirak etməyən tələbələr də eyni zamanda imtahanlara qatılacaq və müvafiq olaraq onlara ilkin ballar yazılıb. Digər tələbələr kateqoriyasına aid olan, indiyə qədər nümunəvi təhsil alan və əvvəlki nəticələri müsbət olan tələbələr üçün artıq imtahanlar bitmiş hesab olunur. Onlar sadəcə daha yüksək nəticə istəsələr, imtahanlarda iştirak edə bilərlər. Bu, onların arzusu müqabilində ola bilər".

"Təəssüf ki, göstərdiyimiz kateqoriyaların heç birinə aid olmayan tələbələr də var. Onlar sadəcə vəziyyətdən sui-istifadə etməklə yararlanmağa çalışırlar və sosial şəbəkələrdə əsası olmayan fikirlər yazırlar. Tövsiyə edirəm ki, sosial şəbəkələrdə vaxt itirməkdənsə, onlara ünvanlanan sualların müzakirəsinə vaxt ayırsınlar, - deyə mətbuat katibi qeyd edib.

"Digər tərəfdən isə, bu çətin dönəmdə hər kəs öz məsuliyyətini dərk etməli, “evdəqal” kampaniyasında daha çox bilik əldə etmək şansından istifadə etməli olduqları halda, tələbə sadəcə özünü bu vəziyyətdə haqlı olduğunu isbat etməyə çalışır. Dövlət bütün prosedurları həyata keçirib. Sosial durumlarını nəzərə alaraq tələbələrin təhsil haqlarının ödənilməsini öz üzərinə götürüb. Tələbələr isə dövlət qarşısında öhdəliklərini yerinə yetirməyə borcludurlar", deyə Ş.Avılbəyli qeyd edib.
Geri dön