Ana Sayfa > Ölkə > Bakının mərkəzində ağac avtomobillərin üzərinə aşdı

Bakının mərkəzində ağac avtomobillərin üzərinə aşdı


23-05-2020, 19:22. Yazar: sevinc1
Bakının mərkəzində ağac avtomobillərin üzərinə aşdı



Güclü külək səbəbindən Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb. Bu barədə AİA.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qurum sürücülərə bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olmalarını tövsiyə edib:

"İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməyin".

BNA bir daha küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarından ehtiyyatlı olmalarını xahiş edib.

AİA.Az
Geri dön