Ana Sayfa > --- > Millimiz karantin qaydalarını belə pozdu

Millimiz karantin qaydalarını belə pozdu


23-05-2020, 13:17. Yazar: sevinc1
Millimiz karantin qaydalarını belə pozdu



Azərbaycan taekvondo milli komandası karantin qaydalarını pozub.

AİA.Az-ın məlumatına görə, idmançılarımız komanda şəklində məşqlərə start veriblər.

Yığmamız qaydalara zidd olaraq, Abşeron rayonundakı idman zallarının birində çalışmalara başlayıb.

İdmançılarımızdan bəziləri məşqlərdən hətta video paylaşsalar da, sonradan onları siliblər. Ayxan Tağızadənin isə məşqdən çəkilən videosu hələ də qalır. O, videonu "training, 2020" (Məşq, 2020) başlığı ilə paylaşıb.

Qeyd edək ki, Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən idman zallarının fəaliyyətinə hələ ki, icazə verilmir.





AİA.Az
Geri dön