Ana Sayfa > Gündəm > İri ticarət mərkəzlərinin açılması gündəmdədir -

İri ticarət mərkəzlərinin açılması gündəmdədir -


22-05-2020, 18:11. Yazar: sevinc1
İri ticarət mərkəzlərinin açılması gündəmdədir -


İyun ayında iri ticarət mərkəzlərinin açılması gündəmdədir. Əgər göstəricilər stabil olsa, bununla bağlı qərar qəbul edilə bilər.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iyunun 1-dən sonra idman zallarının açılması ilə bağlı da qərar verilə bilər. Hazırda idman tədbirlərinin keçirilməsinə icazənin verilməsi də gündəmdədir.

R.Bayramlı bununla bağlı müvafiq qərarın veriləcəyinə əminliyini də bildirib.

aia.az
Geri dön