Ana Sayfa > Səhiyyə > Ramin Bayramlı:

Ramin Bayramlı:


22-05-2020, 17:15. Yazar: sevinc1
Ramin Bayramlı:


Respublika üzrə ümumən tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, Operativ Qərargah ötən həftə ərzində pandemiya ilə mübarizə istiqamətində əks-epidemik tədbirlərini davam etdirib, müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

R.Bayramlı qeyd edib ki, bu gün 106 nəfərdə koronavirusa yeni yoluxma faktı aşkar edilib. Ümumilikdə bu günədək 3855 yoluxma faktı olub. Sağalan 2 399 nəfətr sağalaraq evə göndərilib.

R.Bayramlı bildirib ki, bu, ümumi yoluxma hlaarının 18 faizini təşkil edib. əksəeriyyət tibb və orta işçiləri olub. Tibb 537 nəfər tibb işçisi sağalıb, digərlərinin müalicəsi davam edir. Tibb işçilərindən 4 nəfər ölüb.

aia.az
Geri dön