Ana Sayfa > Maraqlı > 11 prezidentin sirrini bilən şəxs koronavirusdan öldü -

11 prezidentin sirrini bilən şəxs koronavirusdan öldü -


22-05-2020, 16:37. Yazar: sevinc1
11 prezidentin sirrini bilən şəxs koronavirusdan öldü -


55 il müddətində Amerikanın 11 prezidentinə xidmət etmiş Vilson Roosevelt Jerman koronovirusa yoluxaraq vəfat edib.

Reyting.az xəbər verir ki, “Ağ Evin uşağı” adlandırlan 91 yaşlı Jermanın vəfatına sabiq ABŞ prezidentləri və birinci xanımlar reaksiya veriblər.

Ağ Evdə 55 il boyunca xidmət göstərmiş Jerman 1957-ci ildə təmizlik işçisi olaraq xidmətə götürülüb. 3 il sonra ABŞ-ın sabiq prezidenti Con Kennedinin xanımı tərəfindən irəli çəkilib. Beləcə, Vilson 1960-cı ildən 2012-ci ilə qədər ABŞ-ın 11 prezidentinə xidmət göstərib.

11 prezidentin sirrini bilən şəxs koronavirusdan öldü



Vilsonun nəvəsi Toruna Camia babasının koronavirusdan vəfat etdiyini bildirib. Əlavə edib ki, xanım Kennedi tərəfindən babası Ağ Evdə birinci şəxsə xidmət göstərmək üçün seçilib və bu işini layiqli formada başa vurub.

Nəvəsi qeyd edib ki, Vilsonla Buş ailəsi arasında yaxın və səmimi münasibətlər uzun illər davam edib: “Əlaqələr böyük Buşun 1989-cu ildə prezident seçilməsi ilə başlanıb. Kiçik Buş dövründə də əlaqələr normal olub və onun prezidentliyindən sonra da davam edib”.

Qeyd edək ki, Vilson Jermanın ölümündən sonra həyatda olan ABŞ prezidentləri və birinci xanımlar onun vəfatı ilə bağlı xüsusi mesaj yayımlayıblar.



ABŞ-ın sabiq prezidenti Corc Buş və xanımının msajında “Vilson sevgi dolu bir insan idi. Ağ Evdə işlədiyimiz zaman səhər və gecə saatlarında ilk və son dəfə onu görürdük”, - fikirləri yer alıb.

Digər sabiq prezident Bill Klinton və xanımı Hillari Klinton 91 yaşında vəfat edən Vilson haqqında “Bill və mən Jermanın vəfatından üzüntü duyduq. Jerman Ağ Evdə 11 prezidentlə işləmişdi və oranı hamı üçün ev etmişdi. Sevdiklərinə səbr diləyirəm”,- ifadələri yazılıb.

11 prezidentin sirrini bilən şəxs koronavirusdan öldü



Barak və Mişel Obama cütlüyü də “Onu tanıdığımız üçün çox xöşbəxtik. Nəzakəti və xidməti ilə Ağ Evi sadəcə bizim üçün deyil, 11 prezident üçün ev halına gətirdi”,- mesajını yayımlayıb.

Qeyd edək ki, Vilson Jerman 2012-ci ildə Barak Obamanın prezidentliyi dövründə Ağ Evdəki işindən ayrılaraq təqaüdə çıxıb. Prezident Obama Jermanı xidmətlərinə görə mükafatlandırıb.

aia.az
Geri dön