Ana Sayfa > Parlament / Aia TV / Karusel > Məktəblərə qənim kəsilmiş oğru dəstəsi ələ keçdi
Məktəblərə qənim kəsilmiş oğru dəstəsi ələ keçdi4-03-2016, 16:29. Yazar: admin |
![]() DİN məlumat yaydı. Abşeron polisi məktəblərə qənim kəsilmiş oğru dəstəsini ələ keçirə bilib. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, quldur dəstəsi martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompyuter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700 manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompyuter oğurlayıblar. Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məktəbləri qarət edən Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov,Əkbər Kərimov və Namiq Həsənli tutulublar. Geri dön |