Ana Sayfa > Maraqlı > Koronavirusdan sonra xəstələrin terapiyası üçün dəniz kirpisi məsləhət görülüb

Koronavirusdan sonra xəstələrin terapiyası üçün dəniz kirpisi məsləhət görülüb


22-05-2020, 13:23. Yazar: sevinc1
Koronavirusdan sonra xəstələrin terapiyası üçün dəniz kirpisi məsləhət görülüb


Koronavirusdan sonra xəstələrin terapiyası üçün dəniz kirpilərinin kürüsü, yosun və digər bitkilər əsasında hazırlanan preparatlar səmərəli ola bilər.

Trend-in məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının Dəniz biologiyası institutunun əməkdaşı Qriqori Voskoboynikov deyib.

O bildirib ki, dəniz kirpisinin kürüsü və yosunlar immunstimullaşdırıcı xassələrə malikdir.

Həmçinin, laminariya dəniz bitkisi orqanizmdən ağır metallar və radionuklidləri çıxara bilir.

Alim qeyd edib ki, bunun əsasında yaradılan dərmanlar kimya terapiyası keçmiş onkoloji xəstələr üçün yaradılıb.


aia.az
Geri dön