Ana Sayfa > Parlament > Dövlət Komitəsi intihar etmək istəyən qızla bağlı araşdırmalara başlayıb
Dövlət Komitəsi intihar etmək istəyən qızla bağlı araşdırmalara başlayıb21-05-2020, 16:23. Yazar: sevinc1 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı araşdırmalar aparmağa başlayıb. Komitədən aia.az-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı informasiya və videomaterial yayılıb: "Məsələ ilə əlaqədar bildirmək istəyirik ki, hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb və səlahiyyət daxilində məsələnin araşdırılması istiqamətində iş aparılır". aia.az Geri dön |