Ana Sayfa > Parlament > Göygöl sakini sevgilisi ilə birlikdə kafedə bıçaqlandı
Göygöl sakini sevgilisi ilə birlikdə kafedə bıçaqlandı21-05-2020, 15:31. Yazar: sevinc1 |
Göygöldə bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki “Vətən” kafesində qeydə alınıb. Rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Rəhimov və onunla qeyri-rəsmi münasibətdə olan 1992-ci il təvəllüdlü Günel Hüseynova naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Aslan Verdiyev tutulub. Faktla bağlı Göygöl Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. aia.az Geri dön |