Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda İİV infeksiyasının daha çox yayıldığı ərazilərin adları açıqlanıb
Azərbaycanda İİV infeksiyasının daha çox yayıldığı ərazilərin adları açıqlanıb21-05-2020, 11:04. Yazar: sevinc1 |
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisinin yüksək olduğu ərazilərin adlarını açıqlayıb. Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov Trend-ə bildirib ki, ölkədə İİV infeksiyasına yoluxma halları daha çox Şirvan, Hacıqabul, Lənkəran, Masallı, Yevlax və Bakıda müşahidə edilir. Onun sözlərinə görə, cənub rayonlarında İİV-ə yoluxma göstəricisinin yüksək olmasının səbəbi ölkəyə qanunsuz narkotikin daha çox cənub sərhədindən keçirilməsi ilə bağlıdır. N.Zülfüqarov əlavə edib ki, Azərbaycanda İİV-ə yoluxanların təxminən 20 faizi Bakıda yaşayır. Lakin Bakıda əhalinin sayı çox olduğu üçün burada hər min nəfərə düşən İİV-ə yoluxma halı azdır. aia.az Geri dön |