Ana Sayfa > Gündəm / Manşet / Karusel > Şamaxı səhiyyəsi radikal müxalifətə işləyir
Şamaxı səhiyyəsi radikal müxalifətə işləyir10-07-2015, 12:32. Yazar: admin |
İcra başçısısnın siyasi orientasiyası şübhəli olan müavini doğum evindəki korrupsiyaya havadarlıq edir Şamaxı səhiyyəsi qədim tarixə malikdir.Tarixi mənbələrə görə Şirvanşah Fərabuzun göstərişi ilə Şirvanda (Məlhəm kəndində) tibb akademiyası yaradılmışdır. Həmin akademiyanın yaradıcısı və qurucusu Azərbaycanın böyük şairi Xaqaninin əmisi və müəllimi Kafiəddin Ömər ibn Osman olmuşdur. Burada əsasən əsəb xəstəliklərinə qarşı müalicə işləri aparılmışdır. Məlhəm kəndinin adı da məhz buradan qaynaqlanır. İndilər isə Şamaxı səhiyyəsində yaraya məlhəm tapmaq olmur. Sinirləri möhkəm adam rayon mərkəzi xəstəxanasının qapısından girəndə pəncərəsindən əsəbləri pozulmuş halda çıxar. Səbəb isə sistemin korrupsiyalaşmasıdır. Başda RMX olmaqla, rayonun irili-xırdalı bütün səhiyyə müəssisələrini cənginə almış rüşvətxorluq bəlası özünü daha çox və aşkar surətdə mərkəzi xəstəxananın Doğum Şöbəsində göstərir. Doktor Nəzakət xanımın rəhbərlik etdiyi bu şöbədə korrupsiya hüquqpozmalarını gizlətməyə heç cəhd də edilmir. Qapıçıdan, xadimədən başlayaraq, tibb bacısı ilə davam edərək, həkimə, baş həkimə kimi hamı rüşvət tələb edir. Heyətin dövlətdən aldığı maaşın, pasientlərdən aldığı rüşvətin müqabilində göstərdiyi tibbi xidmətin də keyfiyyəti çox aşağıdır. Ona görə də kasıb ailələrin qadınları uşaq dünyaya gətirmək üçün mamaçaların evdə xidmətindən istifadə edir, imkanlılar isə paytaxt Bakıya üz tuturlar. Bu vəziyyət isə yaxşı halda vaxt və pul itkisi, pis halda isə ölüm riski deməkdir. Dövlətin sosial siyasətindən əsər-əlamət olmayan, açıq bazara çevrilmiş Doğum Şöbəsində qanundan, düzgünlükdən danışsan, əvvəlcə sənə yadplanetli kimi baxıb gülər, sonra isə əsəbləşib qovarlar. Burada qiymətlər Nəzakət xanımın təyin etdiyi və sözsüz ki, baş həkimin təsdiqlədiyi rüşvət tariflərinə uyğun surətdə, doğulan uşağın sayından, ilkinci və “N”-inci olmasından, cinsindən asılı olaraq dəyişir. Dövlət çoxuşaqlı ailələrin stimullaşdırılmasına yönəlik hər yeni qərar qəbul edəndə, tələb olunan rüşvətin kəmiyyəti də artır. Bildirilir ki, Nəzakət xanımın heç kimdən çəkinməyərək, rəhbərlik etdiyi şöbədə özbaşınalıq etməsi, korrupsiyaya rəvac verməsi onun havadarına arxalanması hesabınadır. Himayədarının isə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qasım Qasımovun olduğu bildirilir. O Q.Qasımov ki, hələ bir neçə il əvvəl başçı Asif Məmmədov tərəfindən döyüldüyü barədə xəbər yayılmışdı. Məlumatı yayan “Yeni Müsavat” qəzeti başçının bacısı oğlunu da suçlamışdı. Yeri gəlmişkən, Qasımovun müdafiəsinə ilkin olaraq, başqa kütləvi informasiya vasitələrinin deyil, məhz radikal müxalifət media orqanının qalxması da səbəbsiz deyildir. Onun vaxtilə qatı müxalifətçi olması Şamaxı ictimaiyyətinə yaxşı məlumdur. Ruslar demişkən, “nə ət, nə balıq” olan bu dövlət qulluqçusunun siyasi orientasiyası həmişə şübhə doğurub. Onun rayonda qanunsuz gəlir mənbələrini ələ keçirməsini görməmək destruktiv qüvvələrin hər an hərəkətə keçməsi üçün maliyyə ehtiyatının formalaşmasına göz yummaq deməkdir. Qarşıdan parlament seçkilərinin gəldiyini nəzərə alsaq, bu “siyasi korluğun” yaxşı heç nə vəd etmədiyini anlamaq çətin deyildir. (Aia.az) Geri dön |