Ana Sayfa > Manşet / Gündəm > Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar -

Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar -


21-05-2020, 09:57. Yazar: sevinc1
Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar -


Genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

Bu barədə aia.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.

aia.az


Geri dön