Ana Sayfa > Təhsil / Manşet / Karusel > Təhsil Nazirliyi 170 min manatlıq KORRUPSİYAYA münasibət bildirib
Təhsil Nazirliyi 170 min manatlıq KORRUPSİYAYA münasibət bildirib4-03-2016, 13:25. Yazar: admin |
“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında maliyyə pozuntusu ilk növbədə 2014-cü ildə Təhsil Nazirliyi tərəfindən aparılmış monitorinq nəticəsində aşkarlanıb və bununla bağlı aidiyyəti qurumlara məlumat verilib. Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-nın sorğusuna cavabında bildirib. Onun sözlərinə görə, Mərkəzin Sumqayıt filialının direktoru Bilal Məmmədov 2014-cü il iyulun 1-də tutduğu vəzifədən azad edilib: “Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən filialda aparılmış maliyyə yoxlaması zamanı Təhsil Nazirliyinin apardığı monitorinq aktına istinad olunub və müvafiq nöqsanların olduğu təsdiqlənib. Bu nöqsanlar “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının 2012-2014-cü illərdəki fəaliyyət dövrünü əhatə edir”. Qeyd edək ki, məsələ material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, mərkəzin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən 2012-2014-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədi ilə faktiki olaraq idman tədbirlərinin keçirilmədiyi və müxtəlif fənlərin tədris edilmədiyi halda, həmin tədbirlərin keçirilməsi və fənlərin tədris edilməsi, habelə qeyd olunan tədbirlərlə əlaqədar ezamiyyələrin verilməsi adı ilə məlumatların saxtalaşdırılaraq ümumilikdə 170 min manat məbləğində vəsaitin məşqçi müəllimlərin adlarına rəsmiləşdirilməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Geri dön |