Ana Sayfa > Gündəm > Abşeron dairəvi dəmir yoluna əlavə qatarlar qoşuldu -

Abşeron dairəvi dəmir yoluna əlavə qatarlar qoşuldu -


20-05-2020, 16:49. Yazar: sevinc1
Abşeron dairəvi dəmir yoluna əlavə qatarlar qoşuldu -


Sərnişin sıxlığının artması ilə əlaqədar bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq.

Bu barədə aia.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq. Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.

Əlavə olunub ki, bu qatarlar yalnız iş günlərində fəaliyyət göstərəcəklər.

aia.az
Geri dön