Ana Sayfa > Ölkə > Nizami rayonunda İDEA İctimai Birliyinin könüllüləri tərəfindən tibbi maskalar paylanılıb

Nizami rayonunda İDEA İctimai Birliyinin könüllüləri tərəfindən tibbi maskalar paylanılıb


20-05-2020, 14:09. Yazar: sevinc1
Nizami rayonunda İDEA İctimai Birliyinin könüllüləri tərəfindən tibbi maskalar paylanılıb


Ölkədə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Nizami rayonu ərazisində qabaqlayıcı tədbirlər davam etdirilir.

Belə ki, 19 may 2020-ci il tarixində İDEA İctimai Birliyinin təşəbbüsü ilə əhalinin sağlamlığının qorunması məqsədilə Nizami rayonunda İDEA İB-nın könüllüləri müxtəlif ünvanlarda, o cümlədən metrostansiyaların çıxışlarında əhaliyə pulsuz tibbi maskalar paylayıblar. Aksiya zamanı, həmçinin, rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara şəxsi gigiyena qaydalarına əməl etmək, digər şəxslərlə minimum kontaktda olmaq, qoruyucu tibbi maskalardan mütləq qaydada istifadə edərək insanlarla təmas zamanı ara məsafəsini saxlamaq tövsiyə edilib.

aia.az













Geri dön