Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Narkotik alverçisinə AĞIR CƏZA

Narkotik alverçisinə AĞIR CƏZA


4-03-2016, 13:19. Yazar: admin
Narkotik alverçisinə AĞIR CƏZA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1968- ci il təvəllüdlü Rüzgar Ağalarovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə görə, Rüzgar Ağalarov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rüzgar Ağalarov 3 qram heroinle saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234 (qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi) maddəsi ilə ittiham verilib.
Geri dön