Ana Sayfa > Dünya > ABŞ Ukraynaya koronavirusla mübarizə üçün 15,5 milyon dollar ayırıb
ABŞ Ukraynaya koronavirusla mübarizə üçün 15,5 milyon dollar ayırıb20-05-2020, 09:17. Yazar: sevinc1 |
Ukrayna hakimiyyəti yeni növ koronavirusla mübarizə üçün ABŞ-dan 15,5 milyon dollar yardım alıb. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Kiyev ABŞ-dan yerli tibb müəssisələrinin xəstələrə qulluq və koronavirusa qarşı mübarizədə imkanlarını yaxşılaşdırmağa imkan yaradacaq 13,1 milyon dollar humanitar yardım alıblar. Bundan əlavə, Ukrayna tərəfi ABŞ-dan pandemiya dövründə əhalinin həssas qruplarına dəstək üçün nəzərdə tutulan 2,4 milyon dollar da alıb. Qeyd edilir ki, son 20 il ərzində ABŞ Ukraynaya təxminən 5 milyard dollar yardım ayırıb. aia.az Geri dön |