Ana Sayfa > Gündəm > Gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyət göstərəcək

Gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyət göstərəcək


19-05-2020, 11:57. Yazar: sevinc1
Gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyət göstərəcək



Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə aia.az-a Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən qarşıdan gələn qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

aia.az
Geri dön