Ana Sayfa > Manşet / Gündəm > Azərbaycan ordusunun təlimləri davam edir -

Azərbaycan ordusunun təlimləri davam edir -


19-05-2020, 11:08. Yazar: sevinc1
Azərbaycan ordusunun təlimləri davam edir -


Azərbaycan ordusunun mayın 18-də başladığı əməliyyat-taktiki təlimlərində bu gün qoşunlar döyüş təyinatı rayonlarına gecə vaxtı çıxarılması tapşırıqlarını icra ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində yürüş ediblər.

Qeyd edək ki, təlimlər mayın 22-dək davam edəcək.


aia.az




Geri dön