Ana Sayfa > Karusel / Parlament > Polis əməliyyat keçirdi, heroin alverçiləri yaxalandı
Polis əməliyyat keçirdi, heroin alverçiləri yaxalandı19-05-2020, 09:42. Yazar: sevinc1 |
Bakıda narkotik satan şəxslər yaxalanıb. Trend-in məlumatına görə, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Saleh Nuriyevi saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,137 qram heroin, 0,172 qram metamfetamin aşkar edilərək götürülüb. Həmin gün Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Turab Paşayev saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan 0,296 qram heroin, 0,528 qram metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |