Ana Sayfa > Gündəm / Manşet / Karusel > Əziz Əzizovu nazirlə üz-üzə qoyan məmurlar

Əziz Əzizovu nazirlə üz-üzə qoyan məmurlar


10-07-2015, 12:25. Yazar: admin
Əziz Əzizovu nazirlə üz-üzə qoyan məmurlar

Cəlilabadın icra başçısının xanım müavini qeyri-korrekt mülahizələrlə çıxış edir

Mədəniyyət və Turizm Nazirliyinin sonuncu kollegiya iclasında Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyevin işdə ciddi nöqsanlara, kadrların yerləşdirilməsində qanunsuz hərəkətlərə yol verdiyi qeyd edilərək tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsinin qərara alınması xəbəri saytımızda yayılandan sonra onunyerinə kimin təyin olunduğunu öyrənmək üçün Cəlilabad Rayon İcra Hakimiyyəti başçısını ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Dürdanə Əliyeva ilə telefon əlaqəsi saxladıq. Dürdanə xanım sualımıza yarıtəhdid, yarıtəəccüb ifadə edən sualla qarşılıq verdi: “Kim deyir ki, İsanı işdən çıxarıblar? Rayonun başçısı etmədiyi halda kimin hünəri var bu addımı atsın?”

Bildirməyə borcluyuq ki, Dürdanə xanım sədaqətlə müavinlik etdiyi cənab Əziz Əzizovun səlahiyyətlərinin hüdudsuzluğunu vurğulamaqla əslində həm də tərəzinin o biri başında Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevi zəif nazir kimi qələmə verir ki, bu da haqsızlıqdı. Çünki Qarayev nazir postunda Bülbüloğlunu əvəzləyəndən sonra ölkəmizdə bütün dünya mədəniyyətinə töhfə olan möhtəşəm tədbirlər keçirilib, mütərəqqi islahatlar gerçəklədirilib. Azərbaycanın böyük uğuru sayılan I Avropa Oyunlarının keçirilməsində də Əbülfəs müəllimin özünün və mədəniyyət adamlarının xidmətləri ölçüyəgəlməzdir. Bu həqiqəti görməmək, təsdiqləməmək insafsızlıqdır. Amma Dürdanə Əliyeva birbaşa rəhbəri olan Əziz Əzizovu daha iqtidarlı hesab edir. Digər yandan o, İsa Allahverdiyevə havadarlıq etməsi barədə gəzən söhbətlərin doğruluğunu təsdiqləmiş olur.

Bəlkə də cənab Əzizovun prizmasından baxanda bu məsələ elə də qəliz deyildir. Bəlkə də onun gözündə Dürdanə Əliyeva da, İsa Allahverdiyev də nümunəvi vəzifəli şəxslərdi. Amma gəlin razılaşaq ki, adları çəkilən şəxslər öz naqolay manevrləri ilə başçını nazirlə üz-üzə qoya, başqa sözlə, yüngülsaqqal edə bilərlər. Vəzifəli şəxslər bəyanat verəndə gərək subordinasiya qaydalarını gözləsinlər, iyerarxiya nərdivanının hansı pilləsində durduqlarını nəzərə alsınlar.
(aia.az)
Geri dön