Ana Sayfa > Karusel / Gündəm > İbrahim Məmmədov:
İbrahim Məmmədov:18-05-2020, 17:47. Yazar: sevinc1 |
![]() Rayonlara gediş-gəliş məsələsi sanitar-epidemioloji vəziyyətdən asılıdır. Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, mütəxəssislər nə vaxt gediş-gəlişin təhlükəli olmadığını desələr, o vaxt da bu barədə məsələyə baxılacaq: "Hələ ki mütəxəssislər vəziyyəti qiymətləndirir və rayonlara gediş-gəlişin başlanması barədə müsbət rəy verməyib. Biz iyun-iyul ayı ərzində toyların olub-olmayacağı barədə söz deyə bilmərik. Bu gün şadlıq evlərinin açılması vəziyyətə uyğun deyil. Əgər mütəxəssislər vəziyyəti qiymətləndirib şadlıq evlərinin açılmasını münasib bilsələr, o vaxt da qərar veriləcək". aia.az Geri dön |