Ana Sayfa > Gündəm > Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi videokonfrans keçirib

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi videokonfrans keçirib


18-05-2020, 16:32. Yazar: sevinc1
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi videokonfrans keçirib



Mayın 18-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “Simurq” Mədəniyyət Assosiasiyası ilə birgə “Kulturologiya və İnsan İnkişafı” mövzusunda master-klass təşkil edib.

Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Mədəniyyət Assosiasiyasının Prezidenti, tarix elmləri doktoru Fuad Məmmədovun iştirak etdiyi tədbir videokonfrans formatında keçirilib.

Konfransı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova açaraq iştirakçıları salamlayıb.

Sonra Fuad Məmmədovun ümumi mədəniyyət prinsipləri, ailə, insan və beynəlxalq münasibətlər, multikulturalizm və sivilizasiya haqqında mühazirəsi dinlənilib.

Konfransda MİHİ Respublika Komitəsinin aparat işçiləri, Regional Ərazi Metodiki Mərkəzlərin sədrləri və Bakı şəhər üzrə ilk həmkarlar ittifaqları təşkilatların fəallarının iştirakı ilə fikir mübadiləsi aparılıb.

aia.az



Geri dön