Ana Sayfa > Karusel / Parlament > Azərbaycanda dəhşətli qəza:
Azərbaycanda dəhşətli qəza:18-05-2020, 09:24. Yazar: sevinc1 |
Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib. Qəza zamanı bir nəfər ölüb, ikinəfər xəsarət alıb. Ölən şəxs - 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub. Xəsarət alanlardan biri - 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir. Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |