Ana Sayfa > Cəmiyyət > Atəşkəs iriçaplı pulemyot və snayper tüfənglərlə 21 dəfə pozulub

Atəşkəs iriçaplı pulemyot və snayper tüfənglərlə 21 dəfə pozulub


18-05-2020, 09:15. Yazar: sevinc1
Atəşkəs iriçaplı pulemyot və snayper tüfənglərlə 21 dəfə pozulub


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx kəndi yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

aia.az
Geri dön