Ana Sayfa > İdman > Semedu 25 milyon avro müqabilində "Barselona"dan "Yuventusa" keçəcək

Semedu 25 milyon avro müqabilində "Barselona"dan "Yuventusa" keçəcək


18-05-2020, 09:01. Yazar: sevinc1
Semedu 25 milyon avro müqabilində "Barselona"dan "Yuventusa" keçəcək


"Barselona" futbol klubunun portuqaliyalı müdafiəçisi Nelson Semedu müdafiəçi Mattia de Şilyo, yarımmüdafiəçi Miralema Pyaniça və 25 milyon avro müqabilində italyan "Yuventus" komandasına keçəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, klublar artıq şifahi razılaşma əldə etdiklərini xəbər veriblər.

Futbolçuların yeni klubları ilə müqavilələri müzakirə olunur və yaxın vaxtlarda imzalanacaq. Mübadilə koronavirus pandemiyası səbəbiylə dayandırlıan cari mövsüm bitdikdən sonra baş tutacaq.

Xatırladaq ki, N.Semedu "Barselona"da 2017-ci ildən oynayır, komandası ilə İspaniyanın iki qat çempionu, ölkə kuboku və super kubokunun sahibi olmağı bacarıb. De Şilyo "Yuventus" uğrunda 2017-ci ildən, Pyaniça isə - 2016-cı ildən çıxış edirlər.

aia.az
Geri dön