Ana Sayfa > Seçilənlər-3 / Aia TV / Karusel > “Azərilərlə kafeyə getməyə utanmırsan?” – VİDEO
“Azərilərlə kafeyə getməyə utanmırsan?” – VİDEO3-03-2016, 12:40. Yazar: admin |
“Vətənpərvərlərdən” biri qızlara azərbaycanlıların “qırğız olmadığını” qışqırıb. Qırğızıstan DİN Moskvada saxlanılan üç vətəndaşın kimliyini müəyyənəşdirib. Aia.az islamnews-a istinadən xəbər verir ki, onlar Moskvada yaşayan həmvətənləri olan qızları ələ salır, bunu kameraya çəkərək videonu internet şəbəkədə yerləşdirirdilər. Xatırladaq ki, fevralın 15-də Facebook-da naməlum şəxslərin iki bacıya əl qaldıraraq sorğu-sual etdikləri kadrların əks olunduğu video yayılıb. Videonun müəlliflərinin qəzəbinə səbəb isə qırğız qızlarının gecə klubuna həmvətənləri ilə deyil, azərbaycanlılar ilə gəlməsi olub. KİV-in məlumatına görə, hadisə Moskva ətrafındakı Kolomna şəhərində yerləşən “Solo” gecə klubunda baş verib. “Nədir, kameraya çəkilməkdən utanırsan, amma azərilərlə kafeyə getməyə utanmırsan?”, - oğlanlardan biri deyir. Sorğu-suala tutulanlardan biri qırğızların “onu məyus etdiklərini” və bu səbəbdən də başqa millətin nümayəndələri ilə görüşdüyünü bildirir: “Görüşdüyüm oğlan qırğız idi. O, rus qızı ilə görüşməyə başladı, indi onlar mənim mənzilimdə bir yerdə yaşayırlar”. Video “vətənpərvərlərdən” birinin qızlara azərbaycanlıların “qırğız olmadığını” qışqırması ilə bitir. Qırğızıstan DİN-in mətbuat xidmətindən bildiriblər ki, qızları ələ salan üç nəfər saxlanılıb: Moskvada süpürgəçi işləyən T.uulu Z. (27 yaş), fəhlə A.uulu A. (20 yaş) və yükdaşıyan A. Uulu M. (19 yaş). Qırğızıstan DİN-in nümayəndəsi Rusiyada saxlanılan şəxslərlə profilaktik söhbət aparıb. Onlar törətdikləri əməllərin hüquqi qiymətləndirilməsi üçün hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verilib. Geri dön |