Ana Sayfa > Gündəm / Parlament / Aia TV / Karusel > Bakıda dələduz qadın ələ keçdi: 139 min manat mənimsənilib

Bakıda dələduz qadın ələ keçdi: 139 min manat mənimsənilib


3-03-2016, 12:33. Yazar: admin

Polis əməliyyat keçirib.

Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadın tutulub.

Aia.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il noyabrın 13-də Balakişi Behbudova qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü ildə daha 18 nəfəri aldadaraq onlardan ümumilikdə 139 000 manat alması müəyyən edilib.
Geri dön