Ana Sayfa > Karusel / Dünya > Ərdoğan və Stoltenberq pandemiyanı müzakirə ediblər

Ərdoğan və Stoltenberq pandemiyanı müzakirə ediblər


15-05-2020, 10:10. Yazar: sevinc1
Ərdoğan və Stoltenberq pandemiyanı müzakirə ediblər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı yeni növ koronavirusun yayılmasına qarşı mübarizəni və pandemiyadan sonra atılacaq addımları müzakirə ediblər.

Bildirilir ki, T.Ərdoğan və Y.Stoltenberq həmçinin regional məsələlər, o cümlədən Suriya və Liviyadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

aia.az
Geri dön