Ana Sayfa > --- > ÜST Avropanı pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırır

ÜST Avropanı pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırır


15-05-2020, 10:05. Yazar: sevinc1
ÜST Avropanı pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırır


Avropa ölkələri koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşmalıdırlar.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun direktoru Hans Klyuqe deyib.

H.Klyuqe bildirib: "Mən ikiqat dalğadan çox narahatam: payızda bizdə COVİD-19-un ikinci dalğası və daha bir - mövsümi qrip və ya qızılca dalğası ola bilər".

Avropa koronavirus səbəbiylə tətbiq olunan məhdudiyyətləri yumşaldarkən diqqətli olmalıdır. Hazırda koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, Avropanın 43 ölkəsindən 32-si məhdudiyyətləri yumşaldır.

Direktor qeyd edib ki, izolyasiya koronavirusa əhəmiyyətli təsir göstərməyib, çünki buna qarşı vaksin və ya müalicə yoxdur.

aia.az
Geri dön