Ana Sayfa > Karusel / Ölkə > Kafe və restoranlar açılandan sonra yeni qaydalar əsasında işləyəcək
Kafe və restoranlar açılandan sonra yeni qaydalar əsasında işləyəcək14-05-2020, 16:37. Yazar: sevinc1 |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında qaydalar hazırlayıb. TƏBİB-in aia.az-a açıqlamasında bildirilir ki, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik: - Yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır. - Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir. - Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır. - Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalar arası məsafələr 2 metrdən az olmamalıdır. aia.az Geri dön |