Ana Sayfa > Manşet / Gündəm > Quba Rayon İcra Hakimiyyətinin başçısı videobağlantı vasitəsilə növbəti müşavirə keçirib

Quba Rayon İcra Hakimiyyətinin başçısı videobağlantı vasitəsilə növbəti müşavirə keçirib


14-05-2020, 16:19. Yazar: sevinc1
Quba Rayon İcra Hakimiyyətinin başçısı videobağlantı vasitəsilə növbəti müşavirə keçirib


14 may 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri ilə videobağlantı vasitəsilə növbəti müşavirə keçirmişdir.

Videomüşavirədə bir sıra beynəlxalq səviyyəli layihələrin və mötəbər tədbirlərin təşəbbüskarı, müəllifi və təşkilatçısı olan Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 4 may 2020-ci il tarixdə BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı sayılan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsi ilə keçirilən Zirvə görüşü, son dövrlərdə ölkəmizdə aparılan kompleks islahatlar, neqativ hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər barədə geniş danışılmış, cari məsələlər müzakirə edilmiş, gələcəkdə görüləcək işlər barədə İƏD-lər üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə lazımi tapşırıq və tövsiyələr verilmişdir.

aia.az


Geri dön